Yanvarın 13-də Çində koronavirusdan ölüm qeydə alınıb.
Medicina.az xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin saytında deyilir.
“Son sutkada 138 yeni yoluxma, bir ölüm halı qeydə alınıb”, - mətndə qeyd olunub. Qurumun statistikasına səasən, Çində 2020-ci il mayın 16-dan koronavirusdan ölüm halı olmamışdı.
Ümumilikdə ölkədə 87 844 nəfər koronavirusa yoluxub, 4 635 nəfər bu virusdan dünyasını dəyişib, 82 324 nəfər isə sağalıb. Ölkədə 885 aktiv koronavirus xəstəsi var ki, onlardan da 24-nün vəziyyəti ağır qiymətləndirilir.