Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mavi gözlü, çilli və sarışınlar... - Xallarınız təhlükəli ola bilər

  • 2017.10.20 17:15
  • 19490 Baxış
Mavi gözlü, çilli və sarışınlar... -  Xallarınız təhlükəli ola bilər
Vücudun hər bölgəsində yaranan xallar bəzən ziyansız, bəzən isə xərçəng daxil müxtəlif xəstəliklərin xəbərçisi ola bilər.


Bu səbəbdən hər ay 10 dəq ərzində dəridəki xallarda hansısa dəyişkənliyin olub-olmamasını yoxlamaq vacibdir.


Medicina.az xəbər verir ki, Memorial Xidmət Xəstəxanası Dermatoloji fakültəsinin mütəxəssisi Selma Salman bu barədə maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, yetkinlik yaşlarında artan xallardan qorxmağa ehtiyac yoxdur. Uşaqlıq və yetkinlik dövründə xalların sayının artması təbbi hal sayılır. Hormonal dəyişkənliyə görə, hamiləlik müddətində də xallar arta və ya formasını dəyişə bilər. Adətən 30 yaşından sonra azalma müşahidə edilir. Günəş şüası altında çox qalmaq da bu artışa səbəb ola bilər. 


Xallarda yaranan ani dəyişiklik isə diqqət edilməli nüansdır. Yavaş-yavaş, illərlə yaranan dəyişkənlik zərərsizdir. Ancaq xallar üzərində bir neçə ay ərzində meydana gələn dəyişiklik isə daxildə gedən hansısa prosesdən xəbər verə bilər.


Salmanın sözlərinə görə, xalın ölçüsü 6 mm-dən böyükdürsə, üzərində qanama, sulantı, sağalmayan yara meydana gəlibsə və dəridəki digər xallara bənzərliyi yoxdursa bu zaman təcili dermatoloqa müraciət edilməlidir.


Həkim, sarışınlar və rəngli gözlülərin daha diqqətli davranmalarını məsləhət görüb:


"Nəzarətsiz şəkildə günəş şüalarına məruz qalmaq dəri hüceyrələrinə zərər verir. Hüceyrələrin hədsiz çoxalması nəticəsində xalların üzərində bədxassəli şiş olan malign melanom yarana bilər. Bu növ şiş 70-80 faiz sağlam dəri bölgələrində, 20-30 faizi isə öncədən var olan xalın üzərində yarana bilər. Mavi gözlü, çilli, qızılı və ya sarışınlarda malign melanom şişi daha çox rast gəlinir. Vücudunda 50-dən çox xalı olan insanlar da xərçəng xəstəliyinə tutulmaq riskini daşıyır”.


Dermatoloq bildirib ki, təbii günəş şüaları ilə qaralan insanlarla müqayisədə solyari qəbul edən insanların 74 faizində malign melanom xəstəliyinə yoluxmaq riski daha yüksəkdir.
Mavi gözlü, çilli və sarışınlar... -  Xallarınız təhlükəli ola bilər
Mavi gözlü, çilli və sarışınlar... -  Xallarınız təhlükəli ola bilər