Matç izləyin! – Alimlər faydalarını açıqladılar

  • 2024.07.17 16:46
  • 739 Baxış
Matç izləyin! –  Alimlər faydalarını açıqladılar
İngiltərədəki Anglia Ruskin Universitetinin tədqiqatçıları canlı yayımlanan matçları izləməyin böyük sosial faydalar verdiyini açıqlayıblar.

Medicina.az xəbər verir ki, digər tədqiqatlar isə hətta televiziyada idmana baxmağın da emosional rifah təmin etdiyini təsdiqləyib.

Araşdırmalar göstərir ki, idman yarışlarını harada izləməyin elə də böyük bir fərqi yoxdur. Matç izləyicilərində depressiya əlamətləri daha az olur.

Tədqiqatçılar Böyük Britaniyada yaşayan və hökumətin sifarişi ilə keçirilən “Taking Part Survey”də iştirak edən 16-85 yaş arası 7 209 yetkin şəxsin məlumatlarını təhlil ediblər.

“Biz gördük ki, Böyük Britaniyada ötən il idman tədbirinə qatılaraq matçları canlı izləyən insanlar öz həyatlarından daha çox razıdırlar. Onlar belə tədbirlərdə iştirak etməyənlərə nisbətən özlərini daha dəyərli hiss edirlər və daha az tənhadırlar”.

Tədqiqatçılar idman tədbirlərində iştirak etmək üçün kifayət qədər pulun və ya birlikdə getmək üçün dostların olması kimi digər amilləri istisna edə bilməyəcəklərini söyləsələr də, beyin skanları oyuna baxmağın yaxşı hiss etməyin əsas səbəbi olduğunu göstərir.

"İdmana baxmağın müsbət təsiri yəqin ki, sosial kimliklə bağlıdır. İnsan ortaq bir duyğunu paylaşdığı insanlar axtarır. Bu qruplaşmalar şəxsiyyətimizin bir hissəsini təşkil edir və onlar vasitəsilə biz sosial və emosional dəstək tapırıq", - deyə tədqiqaçtılar qeyd ediblər.

Həmçinin müəyyən edilib ki, müəyyən bir komandanın azarkeşi olanlar digər izləyicilərdən daha yüksək səviyyədə fayda təmin etmiş olurlar.

Belçikalı alimlərin fikrincə isə insanlar sevimli komandaları qalib gəldikdə kollektiv şəkildə qələbədən həzz alırlar. Lakin uduzduqları zaman komandalarından uzaqlaşmağa meyllidirlər və bununla da mənfi psixoloji nəticələrdən qaçırlar.

Yaponiyalı tədqiqatçılar da oxşar nəticələr əldə ediblər. Belə ki, futbol və beysbol kimi məşhur idman növlərinə baxmağın mükafat və rifahla əlaqəli beyin bölgələrini necə aktivləşdirdiyi müşahidə edilib. Qolf kimi daha az populyar idman növlərinə baxmaq beynin bu hissəsində daha az fəaliyyətlə nəticələnib.


Aysel