Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mastopatiya niyə yaranır - Müalicəsi varmı?

  • 2022.09.14 13:28
  • 1705 Baxış
Mastopatiya niyə yaranır   - Müalicəsi varmı?

40% qızlarda, qadınlarda rast gəlinən, qadınların kabuslu yuxusu mastopatiya niyə yaranır?


"Medicina" xəbər verir ki, həkim ginekoloq Tatyana İlyuxina mastopatiyanın əsas səbəblərini açıqlayıb.

Risk qrupunda kofein və içki qəbul edənlər, çəki problemi olanlar - çox arıq və ya çox kök, hormonal pozuntusu olanlardır.

"Çox miqdarda heyvani yağ, ət yeyənlər, rasionunda meyvə-tərəvəz olmayanlar, hormonterapiya alanlarda mastopatiya yarana bilər.
Orqanizmdə yüksək miqdarda estrogen olduqda, mastopatiya yaranır.

Onu tanımaq asandır: döşdə ağrılı nöqtələr, şişkinlik, bərkimə, ağırlıq, menstruasiyaya yaxın ağrılar.

Mastopatiya diaqnozu üçün minimum ildə 2 dəfə USM olunmalı, ağrılar olarsa müalicə almalı, çəkini və qidalanmanı qaydaya salmalısız.

Mastopatiya əməliyyat edilmir.

Mastopatiya üçün estrogen və prolaktin analizi verilir.

40 yaşdan sonra müntəzəm mammoloq müayinəsində olmalısız"

Aygün Musayeva