Kistoz-fibroz mastopatiya süd vəzilərinin funksiyasının dəyişməsi ilə müşahidə edilən xəstəlik qrupudur. Bu xəstəliklər hormonal balansın pozulması və ya cinsi sistemin xəstəlikləri ilə əlaqədar meydana çıxır. Xəstələr həkimə süd vəzisində olan narahatlıq, şişkinlik, ağırlıq hissi və ağrı şikayəti ilə gəlirlər.
Medicina.az xəbər verir ki, menstruasiyadan əvvəlki dövrdə süd vəzinin gilələrindən sarı-yaşımtıl yapışqanlı maye gələ bilər. Müayinə zamanı süd vəzində iri və kiçik ölçülü düyünlər aşkarlana bilər. Mastopatiyanın müalicəsi üçün В6, А və Е vitamini, hormonal fonun bərpası üçün preparatlar təyin edilir. Bu xəstəliyi həmçinin xalq təbabəti ilə aradan qaldırmaq mümkündür.
Pişikotu və dazıotu ilə hazırlanan ən effektli çay reseptini bu problemdə köməyinizə yetə bilər:
Hazırlanması:
1. Hər iki otu quru şəkildə qarışdırın və ağzı kip bağlanan qaba qoyun.
2. Çayı hazırlamaq üçün 1 x/q ot qarışımının üzərinə 1 stəkan qaynar su əlavə edin. Ağzı bağlı şəkildə 30 dəqiqə dəmləyin.
3. Dəmləməni yeməkdən əvvəl gündə 3 dəfə olmaqla 3/1 stəkan qəbul edin. Bu çayla mastopatiyanın müalicəsi ən az 3 ay davam edir.