Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Maskanın müsbət tərəfləri çoxdur, bizi qoruyur - İnfeksionist

  • 2021.05.20 18:58
  • 1264 Baxış
Maskanın müsbət tərəfləri çoxdur, bizi qoruyur  - İnfeksionist

"İnsanların tələb və narahatlığı başa düşüləndir. Xüsusilə yay aylarında, isti havalarda açıq havada maskadan istifadə nəfəs almağı çətinləşdirir. Onsuz da isti havada nəfəs almaq, çöldə olmaq çətindir, maska ilə bu, daha dözülməz vəziyyət alır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında infeksionist Vüqar Cavadzadə açıq havada maskadan istifadə edilməsi barədə danışarkən bildirib.


"Mən özüm də açıq havada maskadan istifadə etməkdə çətinlik çəkirəm. Artıq bu məsələyə baxılacağı açıqlandı. Açıq havada maska taxmaq məcburiyyəti ləğv edilə bilər. Bu, daha da insanların sağlamlığına əks təsir göstərir. Lakin bununla yanaşı mövcud vəziyyəti hər birimiz başa düşməliyik.

Pandemiya dövründə yaşayırıq, hələ də gündəlik 300-400 nəfər koronavirusa yoluxur. Bu, heç də az rəqəm deyil. Maskadan istifadənin müsbət tərəfləri daha çoxdur. Maska həm də bizi kimyəvi maddələrdən qoruyur. Ona görə də, daha anlayışlı davranıb Operativ Qərargahın verəcəyi qərarı gözləməliyik.

Fikrimcə, insanların az olduğu açıq havada maskadan istifadə qərarı ləğv edilsin, qapalı məkanlarda, insanların sıx toplaşdığı yerlərdə isə bu qərar qüvvədə qalsın. İndiki məqamda maksimum şəkildə karantin şərtlərinə əməl etməliyik".