Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Maskaların insan psixologiyasına təsiri

  • 2020.12.23 09:16
  • 1295 Baxış
Maskaların insan psixologiyasına  təsiri

Koronavirus pandemiyası səbəbindən hər gün qoruyucu maska ​​taxmayan insanı təsəvvür etmək çətindir. İsrail psixoloqları maskaların insanların qavrayışına təsir etdiyini iddia edirlər.

Bu barədə “EurekAlert!”də məqalə dərc olunub.

Ben-Qurion Universitetinin alimləri 47 könüllünü üz tanıma testindən keçirməyə dəvət ediblər.

Əvvəlcə təcrübə iştirakçıları yüzlərlə fotoşəkilə baxmalı, sonra da üzlərinin bir hissəsinin gizlədildiyi fotoşəkillərdəki insanları tanımağa çalışmalı idilər. İkinci halda, tanınma 15 faiz azalıb.

Psixoloqların sözlərinə görə, belə bir nəticə yalnız çoxunun küçədə bir insanı tanımaq üçün çətinlik çəkdiyini deyil, bunun insanların münasibətlərinə necə təsir etdiyini göstərir.

Alimlərin fikrincə, üzün bir hissəsinin örtülməsi insanların emosiyalarını müəyyən etməyə çətinləşdirir. Bu, qarşılıqlı münasibətlərə əhəmiyyətli dərəcədə təsir göstərə bilər./Oxu.az