Son günlər tibbi maskalara tələbat artıb. Koronavirus təhlükəsi ilə bağlı bu gün insanların bir çoxu bu maskalardan istifadə edir. Bəs tibbi maskalardan istifadə qaydalarını hər kəs bilirmi? Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi maskalardan düzgün istifadə qaydalarını açıqlayıb.
Həmin qaydaları nəzərinizə çatdırırıq:
Ağız və burnunuzu maska ilə bağlayın, üzünüzlə maska arasında boşluq olmadığına əmin olun
Maskadan istifadə edərkən ona toxunmayın, əgər toxunacaqsınızsa, əllərinizi spirt əsaslı məhlulla təmizləyin və ya sabun və su ilə yuyun
Maska nəm olarsa, onu yenisi ilə əvəzləyin, təkistifadəlik maskaları yenidən istifadə etməyin
Maskanı necə çıxarmalıyıq?
İplərindən tutaraq çıxarın (maskanın ön hissəsinə toxunmayın) dərhal qapalı zibil qutusuna atın
Əllərinizi spirt əsaslı məhlulla təmizləyin və ya sabun və su ilə yuyun
Maska taxmazdan öncə əllərinizi spirt əsaslı məhlulla təmizləyin və ya sabun və su ilə yuyun.Milli.az