Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Maska taxmaqla virusun yox olacağına inanmıram" - Tramp qəzəbləndi

  • 2020.07.19 14:44
  • 2324 Baxış
"Maska taxmaqla virusun yox olacağına inanmıram"  -  Tramp qəzəbləndi


ABŞ prezidenti amerikalılara tibbi maska taxmağı məsləhət görmək niyyətində deyil.


Medicina.az xəbər verir ki, Tramp bununla insanların azadlığının əlindən alındığını düşünür.

"Xeyr, mən istəyirəm ki, insanların müəyyən azadlığı olsun. Mən buna inanmıram, xeyr. Mən əgər hamı maska taxsa, virusun yox olacağına dair bəyanatla razı deyiləm", - deyə Tramp ümummilli miqyasda maska taxmağı məsləhət görmək istəmirmi sualını cavablandırarkən bildirib.

"Bilirsiniz, maskalar da problemlər yaradır. Amma buna baxmayaraq, mən maskalara inanıram. Hesab edirəm ki, maskalar yaxşıdırlar", - deyə Tramp əlavə edib.