Alimlər koviddən ən yaxşı müdafiə vasitəsinin nə olduğunu aydınlaşdırıblar.
Medicina.az xəbər verir ki, maska taxmağın virusdan cəmi 54% qoruduğu üzə çıxıb.
Avstraliya və Çin alimləri maska, sosial məsafə və əllərin sabunla yuyulmasının nə dərəcədə effektiv olması barədə elmi iş aparıb.
Onlar bu sahədə aparılan 72 elmi tədqiqatı araşdırıb.
Beləliklə məlum olub ki:
- Maska 50-54%
- Əllərin sabunla yuyulması – 52%
- Sosial məsafə isə cəmi – 25% virusdan qoruya bilər
O ki qaldı vaksinlərə, dünyada sübut olunub ki, vaksinlər 100% virusdan qorumur, vaksin vurduran maskasız harasa daxil olsa,orda virus varsa, yoluxa bilər.
Maksimal müdafiə üçün hər cəbhədə qorunmaq lazımdır: maska, sabun, spirt, məsafə və vaksin – hər adamın silahı olmalıdır.
Bu o demək deyil ki, bundan sonra bəşəriyyət maska ilə yaşayacaq. Dünyada, ölkələrədə koronavirusa qarşı 90% kollektiv immunitet yarandıqdan sonra bunlar qüvvədən düşəcək.