Moskva şəhərində avtomobilini kimyəvi təmizləmədən sonra geri alıb sürən kişi ağır yanıq xəsarətləri ilə xəstəxanaya üz tutub.
“Medicina” xəbər verir ki, 61 yaşlı Moskva sakini avtosalonlardan birində xidməti avtomobilinin salonunu təmizlətdikdən sonra maşına əyləşib və çox keçmədən omba nahiyəsində ağrı hiss edib.
Məlum olub ki, həmin şəxs axşam saatlarında maşını avtoyuma məntəqəsindən götürüb evə gedərkən, yolda özünü pis hiss edib.
Kişi üçüncü dərəcəli (artıq toxuma nekrozu ilə) bədən səthinin 12%-nin kimyəvi yanıqları ilə xəstəxanaya yerləşdirilib.
Toksikoloq, professor Mixail Kutuşov hadisə ilə bağlı açıqlamasında bildirib ki, sürücünün bədənindəki yanıqlar qələvi, turşu və ya aqressiv yuyucu vasitələrdən kimyəvi yanığa bənzəyir.
“Yanğın yeri (bud, arxa səth, omba) avtomobil oturacağına kimyəvi maddə hopdurulduğunu göstərir. Avtomobili idarə edərkən sürücü tərləyə bilər, nəticədə yerdə qalan kimyəvi maddə tərlə təmasda olaraq dərini yandırıb”.
Toksikoloq qeyd edir ki, birinci dərəcəli kimyəvi yanıq yüngül qızartı, yanma, ikincisi isə daha ciddi nəticələrlə xarakterizə olunur.
Üçüncü dərəcəli yanıqla artıq toxuma nekrozu meydana çıxır. Yanıq mərhələsi zərərin dərəcəsindən və dərinliyindən asılı olaraq, sürücünün üçüncü dərəcəli kimyəvi yanıq aldığı qeyd olunub.
Aynurə Məmmədova