Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Maşın sürərkən insultun əlamətləri

  • 2025.03.15 19:11
  • 69 Baxış
Maşın sürərkən insultun əlamətləri


Avtomobil idarə edərkən, sükan arxasında insult olanlar az deyil.

"Medicina" xəbər verir ki, nevroloq Olqa Qaponova avtomobil idarə edərkən insanda baş verən insultun olacağını göstərən qeyri-adi əlamətlərə diqqət çəkib.


“İnsultun ilkin əlamətləri beynin hansı nahiyələrinin təsirləndiyindən və ilkin zədənin nə qədər ağır olmasından asılıdır. Bir şəxs sadəcə olaraq bədənin bir tərəfində cüzi zəiflik hiss etdiyi halda, digərində qəfil nitq və görmə problemi yarana bilər

İnsultdan şübhələnirsinizsə, FAST testindən bələdçi kimi istifadə etmək lazımdır:
Tbəssümünüzün asimmetrik olub-olmadığını yoxlamaq lazımdır;

Hər iki əlinizi qaldırmalı və eyni zamanda qalxa biləcəyini yoxlamaq lazımdır;

Sadə ifadələri yüksək səslə söyləməli və aydın danışa bildiyinizi yoxlamalısınız.

Bu uğursuz olarsa, dərhal təcili yardım çağırmalısınız.

İnsultun digər əlamətlərinə qəfil şiddətli baş ağrısı, çaşqınlıq, bulanıq görmə, hər hansı hissin itməsi və ya kütləşməsi daxildir.

Həkim bildirib ki, maşın sürərkən bu baş verərsə, dərhal təhlükəsiz yerdə dayanmalı və təcili yardım çağırmalısınız.

Aygün Musayeva