Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Masazırda küçələri kanalizasiya suyu basdı - FOTO

  • 2025.03.17 17:36
  • 255 Baxış
Masazırda küçələri kanalizasiya suyu basdı -  FOTO

Abşeron rayonu, Masazır qəsəbəsində küçələri kanalizasiya suyu basıb.

Medicina.az xəbər verir ki, Əliağa Vahid küçəsində kanalizasiyanın daşması nəticəsində əsas yolu su basıb.


Piyadalar yolu keçməkdə çətinlik çəkiblər. Həmçinin, avtomobillərin yavaş hərəkəti nəticəsində yollarda sıxlıq yaranıb.

Sakinlər qeyd edirlər ki, həmin küçədə tez-tez belə hallar yaşanır. Xüsusilə payız və qış aylarında, yağış yağdığı zaman gölməçələr yaranır. Dayanacağın qarşısında su yığıldığı üçün avtobusa minməyə də çətinlik çəkirlər.



Aygün
Medicina.az