Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Masallının suyu dializ üçün yararsızdır - Xəstələr çıxış yolu axtarır

  • 2022.09.22 15:12
  • 2063 Baxış
Masallının suyu dializ üçün yararsızdır  - Xəstələr çıxış yolu axtarır


Masallıda olan xəstəxananın dializ mərkəzində 54 xəstə dializ seansı alır.

Burda Masallı yanaşı Yardımlı, Astaradan da xəstələr gəlir.

Bakıda dializ onlar üçün daha çətindir.

Medicina.az xəbər verir ki, Səhhət.tv süjetində xəstələrdən biri rayondakı içməli suyun böyrək xəstələrinə ciddi təsir etdiyini və kreatini qaldırdığını bildirib.

"Həftədə 3 dəfə dializ üçün gəlirik. Yaxın olmağı çox yaxşıdır. Əvvəllər Lənkəranda dializ alırdım. Bura rahatdır, amma rayonun suyu o qədər keyfiyyətli deyil. Dializ üçün uyğun deyil. Bakıda olmuşam, orda su yaxşıdır, kreatini də tez salırdı
Amma burdakı su imkan vermir ki, dializ lap yaxşı olsun, kreatin çox düşsün"- deyə xəstə deyib.

Aygün Musayeva