Masallıda şadlıq evində ölüm hadisəsi qeydə alınıb.
Medicinaa.az xəbər verir ki, hadisə dünən, saat 19 radələrində rayonun Lürən kəndində baş verib.
Belə ki, 1959-cu il təvəllüdlü Əlirza Abdullayev oğlunun toy mərasimində oynayarkən qəfildən vəfat edib.
Təcili tibbi yardım həkimləri hadisə yerində ona yardım göstərsələr də, artıq kişi keçinmişdi. Onun ürək tutmasından öldüyü təsbit edilib.