Masallıda bir ailənin yeddi üzvü dəm qazından zəhərlənib.
Medicina.az xəbər verir ki, rayonun Köhnə Alvadı sakinləri - 52 yaşlı Gülbahar Şahmarova, onun oğlu 30 yaşlı Elvin, qızı 18 yaşlı Günay, bacısı qızı 17 yaşlı Cəlalə və nəvələri: səkkiz yaşlı Rəsul, altı yaşlı Nuray, dörd yaşlı Fatimə yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Onlar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri kafidir.
Hadisə ilə bağlı araşdırılma aparılır