Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Masallı Bioloji Təbabət klinikası müxtəlif ixtisasll həkimləri əməkdaşlığa dəvət edir - DİQQƏT!

  • 2018.12.14 16:16
  • 41001 Baxış
Masallı Bioloji Təbabət klinikası müxtəlif ixtisasll həkimləri əməkdaşlığa dəvət edir -  DİQQƏT!
2009-cu ildən Bakıda fəaliyyət göstərən Bioloji Təbabət klinikası Azərbaycanda ilk olaraq  orqanizmi kimyəvi preparatlarla zəhərləmədən əhaliyə bioloji üsullarla keyfiyyətli tibbi xidmət göstərir.Artıq bu  missiyanı  cənub bölgəsində yaşayan əhalinin sağlamlıq problemlərinin həllinə kömək etmək məqsədilə yaxın günlərdə fəaliyyətə başlayan Masallı  Bioloji Təbabət klinikası həyata keçirəcək. Son modelli müayinə və müalicə aparatları ilə təchiz edilmiş klinikanın göstərdiyi müayinə, müalicə və cərrahiyyə xidmətlərindən Lənkaran, Astara , Lerik, Yardımlı da daxil olmaqla cənub bölgəsində yaşayan hər kəs istifadə edə biləcək. 


Medicina.az xəbər verir ki, klinikada Təcili  tibbi yardım və Cərrahiyyə şöbələri , Allerqologiya, Andrologiya, Endokrinologiya, Ginekologiya, Kardiologiya, Nevrologiya, Oftalmologiya, Pediatriya,  Qastroenterologiya, Stomatologiya, Urologiya və Fizioterapiya şöbələri fəaliyyət göstərir. Əsas terapiya ilə yanaşı gedən Ozonoterapiya, Hirudoterapiya, Plazmaferez,  Naftalan terapiyası, Hidrokolonoterapiya və cənub zonası üçün ilk olan18 ton Naxçıvan duzundan hazırlanmış Duz  mağarası müalicələrin daha effektli olmasına xidmət edəcək. Bununla yanaşı hər həftənin 2-ci və 5-ci günləri Bakı Bioloji Təbabət Klinikasının həkimləri Masallı filialında pasiyent qəbulunu həyata keçirir.


Bioloji təbabətlə müalicə üsulları üzrə alman təcrübəsinin   klinikada tətbiq olunması, Almaniya,İtaliya, Kolumbiya və Ukraynadan dəvət olunmuş  həkim -mütəxəssislərin  mütəmadi olaraq müxtəlif xəstəliklər üzrə xəstə qəbulu keçirməsi Masallı filialının orqanizmə  zərər vermədən insanları sağlamlıqlarına qovuşdurmaq kimi şərəfli bir missiyanın öhdəsindən gələcəyindən xəbər verir. Bu şərəfli missiyanın həyata keçirilməsində sizin də payınız ola bilər, əziz həkimlər!Klinika eyni zamanda  həkimlərin  daha da təkmilləşdirilməsi üçün onların xaricdə ixtisas kurslarına göndərilməsi üçün şərait də yaradır. 

Masallı Bioloji Təbabət klinikası bu məqsədlə sizi müxtəlif ixtisaslar üzrə əməkdaşlığa dəvət edir.


Daha ətraflı: http://btk.az/az/pasient/haqqimizda/vakansiya.html





Masallı Bioloji Təbabət Klinikası 

Ünvan: E.Hüseynov küç. 

(025) 215 50 89 | (025) 215 55 38/ 39 | (055) 532 89 88 


Bioloji Tebabet Klinikası 

Ünvan: Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), M.Əcəmi m.st. yaxınlığında

Tel.: (012) / (050) / (055) / (070) 430 89 89 

www.btk.az