Rusiyalı alimlər 50 il əvvəl həkimlərin apardığı yeni innovasion trombolitik müalicə metodikası barədə maraqlı faktlar əldə ediblər.
Bu terapiyanın ilk pasiyenti SSRİ-nin marşalı Georgiy Jukov idi. Onu müalicə edən həkim qrupuna isə Yevgeniy Çazov rəhbərlik edirdi.
Medicina.az xəbər verir ki, rus alimləri baş kardioloq Nikita Lomakinin dəstəyi ilə həmin müalicənin sənədlərini əldə etmiş və bu unikal hadisəni paylaşmışlar.
Həmin illərdə fibrinolitik preparatlar hələ təzə-təzə çıxırdı və dəqiq kliniki tədqiqatlardan keçməmişdi. Elə indi də insultli pasiyentlər üzərində bu müalicənin tətbiqi həkimlər üçün bəzi çətinliklər yaradır.
1968-ci ildə 71 yaşlı Jukov insult diaqnozu ilə nevroloji şöbəyə daxil ediləndə vəziyyəti orta ağır idi, huşu aydın idi. Lakin ilkin müalicədən sonrakı gün onun vəziyyəti daha da pisləşdi, həkimlər arteriya daralmasından şübhələndilər. Belə olan halda xəstəlik irəliləyib, ağırlaşmalar və ölüm verə bilərdi.
Bu zaman Yevgeniy Çazov antitrombotik terapiyanın başlanmasına qərar verir, arteriyalardakı trombu əritmək üçün fibrinolizin, heparin və K vitamini antaqonisti venadaxili yeridilir. Xəstənin vəziyyəti 3 saata düzəlir, 2günə yüksək dinamika ilə nevroloji status yaxşılaşır.
Bu terapiya 22 maya kimi aparılır, baş beyində reqress alınır və marşal Jukov yaxşı vəziyyətdən stasionardan buraxılır.
Alimlər insult ağırlaşması zamanı trombolitik terapiyanın tətbiqində dilemma qarşısında qalır. Bir tərəfdəb bu müalicədə kömək edə bilər, digər tərəfdən beyinə qansızmaya səbəb olar. Hazırda müasir tibbdə plazminogen toxuma aktivatorları damar faciəsindən 3,5 saat sonra artıq vaxt keçdikdə təyin edilmir.
Həmin dövrdə Çazovun bu qərarı və metodu tətbiqi nəinki o dövr, hətta indi üçün də cəsarətli addım idi.
Bu həm də o dövrün həkimlərinin əlində məhdud seçimin və imkanların olmasını göstərir.
Bu terapiyadan sonra marşal 6 il normal yaşadı. Rusiyalı alimlər bildirir ki, bu hadisə tibbdə bu metodla müalicənin ilk sənədləşdirilmiş sübutudur.