Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qənd məhsulları ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb.
Medicina,az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində qənd istehsalı müəssisələrində aparılan monitorinqlər zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən qənd məhsullarından nümunələr götürülərək müayinələrə cəlb olunub və bir sıra məhsullarda kükürd-dioksidin (SO2) kütlə payının normativ sənəddə göstərilən həddən yüksək olduğu aşkar edilib.
Müəyyənləşdirilmiş faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, həmin məhsulların satışdan çıxarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib, həmçinin tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi üçün istehsalçı şirkətlərə müraciət olunub.
Yoxlamalar nəticəsində tərkibindəki kükürd-dioksidin kütlə payının normadan artıq olduğu müəyyən edilmiş əmtəə nişanları və istehsal müəssisələrinin siyahısı:
“Şüvəlan şirniyyat” ASC
“Qidam” ağ qənd
01.03.2021
700 qr
“Abşeron” ağ qənd
19.11.2021
600 qr
“Bol” ağ qənd
27.01.2022
700 qr
“Yek dad” ağ qənd
21.02.2022
700 qr
“Bolqənd” xırda qənd
10.11.2021
150 qr
“Yek dad” xırda qənd
16.08.2021
150 qr
“Yek dad sweet as honey” qənd
01.11.2021
700 qr
“Yek dad sweet as honey” qənd
02.03.2022
1700 qr
“Bol qənd” kəllə qənd
21.02.2022
700 qr
“Abşeron qənd”
kəllə qənd
21.02.2022
100 qr
2
“Bolluq” MMC
“Bolluq” ağ qənd
23.12.2021
500 qr
“Bəyaz” ağ qənd
10.03.2022
600 qr
3
f/ş Nadirov Tofiq Həmid oğlu
“Əsl tam”
əla növ kəllə qənd
01.02.2022
700 qr
4
f/ş Kərimov Əfqan Bəhriş oğlu
“Dişləmə” kəllə qənd
24.12.2021
700 qr
17.06.2022
09.02.2022
500 qr
18.06.2022
5
“Aysu Qida Sənaye LTD” MMC
“Umelaya xozyayka” qənd
13.01.2022
500 qr
6
“ŞAM-Fİ İnternational Trading Company” MMC
“Bizim aşçı” ağ qənd
21.02.2022
750 qr
7
“Əmin qida sənaye” MMC
“İlğım” ağ qənd
01.06.2021
800 qr
8
f/ş Qəmbərov Rauf Rəfi oğlu
“Kral” kəllə qənd
20.02.2022
5 kq
9
f/ş Rəhmanov Pənah Güləhməd oğlu
“Şipşirin” qənd
09.03.2022
700 qr
10
f/ş Novruzov Əbdulla Əmir oğlu
“Skazoçnaya tayqa” qənd
21.08.2021
5 kq
11
f/ş Babayev Nazim Səyyaf oğlu
“Əla keyfiyyətli” kəllə qənd
02.03.2022
150 qr
12
f/ş Bayramov T.
“Göyçə” qənd
08.02.2021
150 qr
AQTA istehsalçı şirkətləri qeyd olunan məhsul partiyalarını satış şəbəkələrindən dərhal geri çağırmağa, istehlakçıları isə bu məhsullardan istifadə etməməyə çağırır, istehlakçılar tərəfindən həmin məhsullar satış şəbəkələrində aşkar edildikdə AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edir.