Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- İllərlə diaqnozu qoyula bilməyən xəstəlik, uğursuz müalicələr...MARKETLƏRDƏ SATILAN 10 MANATLIQ ÇÖRƏKLƏRİ KİM ALIR?

  • 2019.01.14 13:31
  • 22746 Baxış
- İllərlə diaqnozu qoyula bilməyən xəstəlik, uğursuz müalicələr... MARKETLƏRDƏ SATILAN 10 MANATLIQ ÇÖRƏKLƏRİ KİM ALIR?

Marketlərdə 10 manata çörək satılması ilə bağlı xəbərlər əhali tərəfindən maraqla qarşılanıb. Onun digər çörəklərlə müqayisədə qat-qat baha olmasının səbəbi isə qlütensiz olmasıdır. Bəs qlütensiz qida nədir? İnsanlar niyə qlütenli qidalardan uzaq durmalıdır?


Çörək, makaron, un məmulatları… Ən sevidiyiniz bu qidalardan uzaq qalmağınızın səbəbi çölyak adı ilə tanınan seliakiya xəstəliyidir. Bu xəstəlik bağırsaqların qlüten maddəsinə qarşı olan allergiyasıdır.  

 



Medicina.az xəbər verir ki, irsi xəstəlik olan seliakiya vaxtında təyin olunmadıqda uşağın inkişafında müxtəlif pozulmalara səbəb olur - fiziki inkişafın ləngiməsi (çəki və boyun normaya uyğun olmaması), anemiya, sümüklərin kövrək olması və tez-tez qırılması, diş problemləri, cinsi inkişafın ləngiməsi və s.

Çox zaman bu xəstəliyin diaqnozu uşaq vaxtlarında qoyulur. Lakin bəzən diaqnoz vaxtında qoyulmur xəstə uzun illər ərzində müxtəlif xəstəliklərdən uğursuz müalicələr alır (disbakterioz, anemiya və s.) və nəticədə düzgün diaqnoz hətta insanın 30-40 yaşında qoyulur.


Xəstəliyin fəsadları


Seliakiya zamanı insanın orqanizmində qlüten zülalına qarşı dözümsüzlük yaranır. Qlüten arpa, çovdar, buğda kimi yarmaların tərkibinə daxildir. Xəstənin bağırsaqlarına bu zülalın hətta mikroskopik miqdarı (milliqram) düşdükdə orada iltihab, həzm və sovrulma proseslərinin pozulması yaranır. Nəticədə insanda qəbizliklə növbələşən ishal (həcmli üfunətli nəcis), ürəkbulanması, qusma, qarında köp, ağrılar, iştahanın azalması inkişaf edir. İltihablaşmış bağırsaq orqanizmin sağlamlığı və inkişafı üçün lazım olan maddələri tam şəkildə sovura bilmir və orqanizmdə bir çox vacib maddələrin (dəmir, kalsium, zülallar, yağlar, vitaminlər və s.) çatışmazlığı yaranır. Məhz bu səbəbdən seliakiya xəstəliyi olan uşaqların fiziki inkişafında geriləmə (az çəki, kiçik boy), anemiya (dəmir elementinin çatışmazlığına görə), diş və sümük problemləri (kalsiumun çatışmazlığına görə), dəridə səpgilər və s. müşahidə olunur.

 

Картинки по запросу Celiac disease


Adətən seliakiyanın ilk simptomları körpənin qidalanmasına əlavə qidalar (sıyıqlar, suxari, çörək və s.) daxil olunmağa başladıqda üzə çıxır. Bu qidaların qəbulu uşaqda yuxarıda sadaladığımız simptomların (ishal, ürəkbulanması, qusma, köp) əmələ gəlməsinə səbəb olur. Bu qidaları rasiondan çıxardıqda simptomlar da müalicəsiz olaraq yox olur. Seliakiyaya şübhə yarandıqda xəstəyə əlavə müayinələr təyin olunur (xüsusi immunoloji qan analizi, genetik analiz və s.).


Pəhrizlə müalicə


Seliakiya xəstəliyi tam müalicə olunmasa da, xəstə tərkibində qlüten olan qidaları qəbul etmədikdə, xəstəliyin simptomları üzə çıxmır. Beləliklə, seliakiyanın müalicəsinin əsası müəyyən pəhrizdir. Belə pəhrizi xəstə ömrünün sonuna kimi saxlamalıdır. 

 

Картинки по запросу Celiac disease


Hansı qidalar seliakiya xəstəliyi zamanı əks-göstərişdir?


Buğda unu, buğda nişastası, buğda sıyıqları, buğda çörəyi, kvas, araq (buğda əsasında hazırlanmış) və s.

Çovdar çörəyi, çovdar yarması, sıyıqlar, kvas və s.

Arpa yarması, arpa sıyığı, arpa nişastası, pivə və s.

Yarımfabrikatlar, konservlər, kolbasa-sosis, hazır souslar, tərkibində aromatlaşdırıcı maddələr və rəngvericilər olan məhsullar. Bu məhsulların tərkibində bir çox hallarda qlüten olur. Bu səbəbdən belə məhsulları yalnız o halda qəbul etmək olar ki, etiketin üzərində qlütenin olmaması haqqında qeyd olunsun ("qluten free", "без глютена" qeydi, üstündən xətt çəkilmiş sümbül). Körpələr üçün olan sıyıqlar, konservlər, şirələrin üzərində də belə qeyd ola bilər. Belə məhsullar məhz seliakiya xəstəliyi olan uşaqlar üçün nəzərdə tutulur.


Arzu

Medicina.az

- İllərlə diaqnozu qoyula bilməyən xəstəlik, uğursuz müalicələr... MARKETLƏRDƏ SATILAN 10 MANATLIQ ÇÖRƏKLƏRİ KİM ALIR?
- İllərlə diaqnozu qoyula bilməyən xəstəlik, uğursuz müalicələr... MARKETLƏRDƏ SATILAN 10 MANATLIQ ÇÖRƏKLƏRİ KİM ALIR?