Çörək tez köhnələn və kifləyən ərzaq məhsullarındandır. Lakin çörəyin köhnəlmə müddətini gecikdirməyin yolları var.
Diqqət yetirmisinizsə, marketlərdə un məmulatları adətən qəhvəyi rəngli kağızın içərisində satılır.
Medicina.az xəbər verir ki, bu, məqsədsiz deyil. Həmin kağızın nəm əmici xüsusiyyəti var və bu da çörəyin təzə qalmasına kömək edir. Siz də un məmulatlarını və çörəyi qəhvəyi rəngli kağızların içərisində saxlasanız, tez kiflənməsinin qarşısını almış olarsınız.
Aldığınız çörəyi əsla soyuducuda saxlamamalısınız. Çünki soyuq şərait onun daha tez köhnəlməsinə səbəb olur.
Artıq boyatlamış çörəyi yeyiləcək hala gətirmək üçün dilimləyin və üzərinə su damcıladaraq nəmləndirin. Daha sonra isti sobada isidin. 10 dəqiqə içərisində un məmulatı yenilənmiş olacaq.