Sosial şəbəkələrdə bir çox alıcılar şokolad, vafli, peçenye yandıraraq bu qida məhsullarının rezin və ya kimyəvi maddə kimi alışdığına, qara tüstü verdiyinə diqqət çəkmək istəyirlər.
Qida məhsullarının yanmasını bəzi mənbələr normal qəbul etsə də, bəziləri bunu qəbul etmir.
Medicina.az xəbər verir ki, bloger-jurnalist Bahadır Seyidov da vaflilərin yanmasını sınaqdan keçirib.
Videoda bu məsələ ilə bağlı qida mühəndisi İsa Əliyevin fikirləri yer alıb. O bildirib ki, marketlərdə olan xırt-xırtlı vaflilərə boraks deyilən kimyəvi maddə qatılır ki, bu maddə əslində təmizləyici maddələrə, yuyucu tozlara vurulur.
Vaflilərdə olan bu maddə nəfəs borusu, ağciyərlər, böyrəklərdə xəstəliklər yarada bilər. Ona görə də sertifikatlı, tərkibindəki maddələr aydın qeyd olunan vaflilər alın.