Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Market və apteklərdə yoluxma riski çoxdur – Xəbərdarlıq

  • 2020.04.04 16:56
  • 5268 Baxış
Market və  apteklərdə yoluxma riski çoxdur  – Xəbərdarlıq

Həkimlər hazırda koronavirusun insanı daha çox hansı yerlərdə tuta biləcəyini açıqlayıb.


Medicina.az xəbər verir ki, mütəxəssislər insanların hətta tam izolyasiyası müddətində də yoluxa biləcəyini bildirir.

Rusiyalı ali dərəcəli otolorinqoloq Vlademir Zayçev təhlükəli yerlərin siyahısını təqdim edib:

- ərzaq mağazaları, marketlər- mütləq ərzaqları təmiz rezin əlcəkdə seçib, mağazadan çıxdıqdan sonra əlcəyi çevirib çıxarıb atmaq lazımdır. Sellofan paketləri barmağı ağıza aparıb yaşladandan sonra açmayın
Mağazada özünüz üçün vaxt qoyun: 10 dəqiqəyə mütləq çıxmalısız və 1 metr radiusunuzda adam olmamalıdır

- Apteklər- bura xəstələnmiş insanlar çox girir.

- Ödəmə terminalları və poçtlar.

- Yanacaq doldurma stansiyalarında - əgər sürücü benzin dolduran şlanqa özü əl vurarsa ondan öncə bu şlanqa toxunan insandan virus keçə bilər

- İstənilən nağd pul hesablaşması. Hər dəfə əllərinizi pula toxundurduqdan sonra dezinfeksiya edin