Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Market qidaları kişilərdə xərçəng əmələ gətirir

  • 2022.09.26 17:08
  • 1778 Baxış
Market qidaları kişilərdə xərçəng əmələ gətirir
Kişilərdə mədəaltı vəz, bağırsaq xərçəngi geniş yayılıb və cavanlaşır.

"Medicina" xəbər verir ki, əgər kişilər hər gün işlə bağl market və kafelərdə ultra termiki emal olunmuş hazır qidalar yeyirsə, kolorektal xərçəng riski 30% artır.

Bu nəticəyə Harvard Universitetinin alimləri gəliblər.

Hazırda marketlərdə istənilən qidaları qablaşdırılmış almaq olur: salat, ət, makaron, plov.
Onları mikrodalğalı sobada 5 dəqiqəyə qızdırıb asanlıqla yeyirlər.


Gərgin qrafikdə işləyən kişilər artıq ev yeməklərindən imtina edir.

Məhz hər gün tezbazar yedikləri yeməklər onlarda bağırsaq xərçəngi riskini 30% artırır

Amma alimlər qadınlarda bu qidalarla xərçəngin təsirini tapmayıblar.

Ümumiyyətlə, ətlə birgə qarnirli hazır ultra emal olunmuş qidalar - naggetslər, vetçina, bekon, kolbasa, spagetti ilə ət sağlamlıq üçün zərərlidir.

Üstəlik onları qazlı şirin içki ilə yedikdə xərçəng riski 2 dəfə artır.

Kişilər yüksək risk daşıdığı üçün 3 ildən bir kolonoskopiyadan keçməlidir.


Aygün Musayeva