Marixuana istifadəsi gənclərin idrak qabiliyyətlərinə təsir göstərir.
“Medicina” xəbər verir ki, yeni bir araşdırma, marixuanadan tez-tez istifadə edən yeniyetmələrin zaman keçdikcə intellekt əmsalında (IQ) enmə olduğunu müəyyən edib.
Tədqiqatın nəticələri tez-tez marixuana istifadəsinin gənclərə zərərli nevroloji və koqnitiv təsirlərini aşkarlayıb.
İrlandiyanın Kral Cərrahlar Kollecinin Tibb və Sağlamlıq Elmləri Universitetinin tədqiqatçılarının apardığı elmi işin nəticələri göstərdi ki, zaman keçdikcə marixuanadan tez-tez istifadə edənlər üçün IQ istifadə etməyənlərlə müqayisədə təxminən 2 bal azalıb.
Əlavə təhlillər göstərdi ki, IQ-nun bu azalması ilk növbədə şifahi IQ-nun azalması ilə əlaqədardır.
Tədqiqat, ən azı 6 ay ərzində həftəlik marixuana istifadə edən 808 gəncin və narkotikdən istifadə etməyən 5308 gəncin iştirak etdiyi yeddi raşdırmanın statistik təhlilini əhatə edib.
Aynurə Məmmədova