Koronavirus vəhşi təbiət heyvanları arasıdna da yayılır.
Medicina.az xəbər verir ki, bunun ilk sübutu kimi ABŞ-da meşə marallarının 40%-nin artıq koronavirusa yoluxmasıdır.
ABŞ Milli Veterinar xidməti 624 ağquyruqlu maralların qan analizlərini təhlil edib.
Analizlərin bir qismi pandemiyaya qədər götürülmüşdü, digər qismi bu ilin mart ayında alınıb.
Məlum olub ki, 152 nümunədə yəni maralların 40%-nin qanında artıq koronavirus antiteli var.
Bu o deməkdir ki, heyvanlar covid infeksiyasını keçirib.