Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Maqniy olmadan vitamin D mənimsənilmir – VACİB MƏQAM

  • 2021.01.07 16:59
  • 9832 Baxış
Maqniy olmadan vitamin D mənimsənilmir  – VACİB MƏQAM


Bir çoxlarımız pandemiya dövründə bədəni gücləndirmək üçün D vitamininə az qala hücüm edib, yüksək dozalarda qəbul edirik.


Vitamin D qanda yoxlamaq və müəyyən dozada preparatını qəbul etmək asanddır. Amma bir vacib məqamı həkimlər belə unudur.

Vitamin D orqanizmdə bərpa olub, mənimsənilib paylanması üçün şərtlər lazımdır. Bunlardan biri normal mədə-bağırsaq, həzm sisteminin olması, ikincisi maqniy ehtyatı.


Medicina.az xəbər verir ki, maqniy elementi defisiti olan orqanizmə nə qədər D vitamini versən də o gəldiyi kimi də gedəcək və orqanizmə təsiri olmayacaq.


Hazırda isə 80% insanlarda maqniy defisiti var, çünki qida və içməli suyumuz bu elementsizdir.

Bir çox mikroelementlər cüt işləyir, bu cütlüklərdən biri də maqniy və D vitaminidir.

Əgər siz D vitamini qəbuluna başlayırsızsa, yanaşı olaraq maqniy də içməlisiz.