Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Maqnit qasırğası zamanı bunu için

  • 2023.06.02 18:45
  • 2203 Baxış
Maqnit qasırğası zamanı bunu için
Harda yaşamağınızdan asılı olmayaraq, hava dəyişimi zamanı orqanizmdə müəyyən problemlər yaranır
Maqnit qasırğası zamanı miqren və oynaqlarda ağrı daha da güclənir.


“Medicina” xəbər verir ki, həkim – terapevt Oleq Perkuşinin sözlərinə görə, həm uşaqlar, həm də böyüklər xroniki xəstəliklərin olmasından asılı olmayaraq, belə havaya reaksiya verə bilirlər. Üstəlik, kəskin reaksiya birdən baş verə bilər.


“Ən asan yol hava dəyişikliyindən bir gün əvvəl daha az aktiv olmağa çalışmaqdır. Dəstək üçün bitki çayları içmək olar.


Maqnit fırtınaları zamanı tünd qara çay və təbii qəhvənin istifadəsini azaltmağa dəyər. Bunun əvəzinə bitki çayları və ya dəmləmələri içməlisiniz.


Aşağı qan təzyiqi olan insanlar üçün cökə, gicitkən və hibiskus çayı ən yaxşı içkilər olacaq. Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ideal içki nanə, çobanyastığı, itburnu çayı və ya zəncəfil içkisidir.


Dərman bitkilərinin qurudulmuş meyvələrini termosda dəmləmək də faydalıdır. Çay nə qədər dəmlənərsə, miqren və əzalardakı ağrılar bir o qədər tez keçər.

Belə havalarda alkaqol içkilərdən uzaq durmaq daha yaxşıdır”.

Gülnar Quluzadə