Son aylar az qala hər həftə baş verən maqnit fırtınaları təhlükəli sağlamlıq problemləri yaradır.
“Medicina” xəbər verir ki, maqnit fırtınaları dövründə insult və infarktların sayı da arta bilər.
Həkim – terapevt Olesya Savalyevanın sözlərinə görə, bir gündən dörd günə qədər davam edən maqnit fırtınaları zamanı çox insan miqren, başgicəllənmə və oynaq ağrıları ilə qarşılaşırlar.
“Geomaqnit dalğalanmalarının aktiv olduğu dövrdə çox miqdarda stress hormonları ayrılır və qan dövranı pozğunluqları baş verir. Eləcə də sinir sistemi xəstəliklərinin kəskinləşməsi, psixo-emosional dəyişikliklər görünür.
Bundan əlavə, bu dövrdə insult və miokard infarktlarının sayı artır.
Bu ərəfədə artıq çəkisi, ürək-damar və vegetativ damar problemləri olan insanlar özlərini xüsusilə pis hiss edə bilərlər”.
Həkim bildirib ki, belə günlərdə spirtli içki qəbul etmək, siqaret çəkmək, müəyyən maye və dərmanlardan sui-istifadə etmək, ağır yeməklər yemək olmaz.
Vacib olanlar: kifayət qədər dincəlməli, çox işləməməli, xroniki xəstələr dərmanlarını qəbul etməlidir
Günay Quliyeva