Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Manqo yemək üçün 6 SƏBƏB

  • 2024.07.08 12:32
  • 1216 Baxış
Manqo yemək üçün  6 SƏBƏB
Dadlı tropik meyvə olan manqo tərkibindəki qida maddələri ilə də diqqət çəkir.

Medicina.az tez-tez manqo yemək üçün 6 səbəbi təqdim edir:

1. Yüksək antioksidant mənbəyidir

Manqo güclü antioksidantlar olan C vitamini, A vitamini və flavonoidlərlə zəngindir. Bu birləşmələr bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrələri qoruyur və qocalmanı gecikdirir.

2. İmmunitet sistemini dəstəkləyir

Manqo immunitet sistemini gücləndirən C vitamini və A vitamini ilə zəngindir. Bu vitaminlər infeksiyalardan qoruyur və xəstəliklərə qarşı müqaviməti artırır.

3. Həzm üçün faydalıdır

Manqo liflə zəngindir və həzm sistemini dəstəkləyir. Lif həzmi tənzimləyir, qəbizliyin qarşısını alır.

4. Gözlərə yaxşı təsir edir

Manqonun tərkibində göz sağlamlığı üçün vacib olan A vitamini var. Bu vitamin gecə korluğunun qarşısını alır və göz sağlamlığını qoruyur.

5. Xolesterolu balanslayır

Manqonun tərkibində xolesterol səviyyəsini aşağı salan və ürək sağlamlığını dəstəkləyən kalium var.

6. Dəri və saçlar üçün yararlıdır


Manqo tərkibindəki vitaminlər sayəsində dəri sağlamlığını dəstəkləyir, dərinin nəm balansını qoruyur. Saçları isə parlaq və hamar edir.


Aysel