Sovet dövründən qalma bir ənənə bu günün də uşaqlarında təkrarlanır. Səhərlər uşağa mannı sıyığı vermək. Xüsusən qatılaşdırılmış süd, süd və şəkərlə bişən mannı sıyığı...
Medicina.az xəbər verir ki, müasir tədqiqatlar bu qidanın uşaq orqanizmi üçün zərərli olduğunu sübut edib. Savadlı pediatrlar isə uşağa mannı sıyığı təyin etmir.
Mannı uşaq orqanizmi üçün ağır kalorili qidadır, mədə və mədəaltı vəz üçün təhlükəlidir.
Səhər onu yedikdə qana kəskin qlükoza sıçrayır, insulin hasili pozulur, uşaqda gələcəkdə piylənmə və diabetə meyillik yaranır.
Əslində mannı sıyığı yaşlı insanlar və qocalar üçün əsas qida olmalıdır.
Mannı sıyığının uşağa zərərləri:
Bir yaşa qədər uşağın rasionunda mannı olmamalıdır.
Çəkisi artmayan, arıq uşaqlara 1 yaşdan sonra mannı sıyığı vermək olar. Amma 3 həftədən çox olmayaraq. 100 qram mannıda 390 kalori var.
Yaşlılara mannı sıyığının faydaları:
- Əqli zəiflik, demensiya, Alsgeymer riskini azaldır, çünki sinir hüceyrəəri üçün mannı yaxşıdır. Həftədə 3 dəfədən artıq yemək olmaz.
- Mannı yarması ürək əzələsini möhkəmlədir
- Əhvalı yaxşılaşdırır, maqniy ilə zəngindir
Kimlərə olmaz:
- Artıq çəkili və piylənməsi olanlara
Böyrək xəstəliyi olanlara
Mədə-bağırsaq xəstəliyi, xorası olanlara
Ciddi sinir xəstəliyi olanlara
Diabet xəstələrinə
Əlbəttə
28 yaş. 1.50 boy. 42 çəki. Mən səhər manna siyigi yeyə bilərəm?