Noyabr-dekabrın ən populyar meyvəsi mandarin – narıngi sən demə, qaraciyərə zərərli imiş.
“Medicina” xəbər verir ki, bu barədə endokrinoloq Nataliya Lazurenko danışıb.
“Hər gün mandarin yeyənlər qaraciyərlə bağlı problem yaşaya və kökələ bilərlər.
Bu meyvədə sadə karbohidratlar çoxdur, onlar qanda şəkəri çox güclü qaldırır. Əgər gündəlik normadan artıq, yəni 2 ədəddən çox yesəniz, artıq şəkər qaraciyərdə depolanacaq. Bu isə yağlı qaraciyər – hepatoza səbəb olacaq.
İdmanla məşğul olanlar, müntəzəm fiziki aktiv olanlar günə 200 qram təmizlənmiş mandarin yeyə bilər.
Amma qalan insanlar 100 qramdan artıq yeməməlidir.
Kimlərə qəti mandarin olmaz: diabet xəstələri, hamilələr, allergiklər, azyaşlı uşaqlar, qaraciyər piylənməsi olanlar.
Mandarin qabıqlarını yemək, çaya atmaq məsləhət deyil, çünki mandarin uzun müddət qalsın deyə çox pestisif vurulur”.
Aygün Musayeva