Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mamalıq və Ginekologiya İnstitutuna yeni baş həkim TƏYİNATI

  • 2022.02.23 18:09
  • 6194 Baxış
 Mamalıq və Ginekologiya İnstitutuna yeni baş həkim   TƏYİNATI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Elmar Qaçabəyova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna direktorun müavini - baş həkim vəzifəsinin icrası həvalə edilib.

Elmar Qaçabəyov 1969-cu il dekabr ayının 4-də anadan olub. O, Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında həkim-cərrah işləyib.

2011-2019-cu illərdə Qaradağ rayonu 4 saylı Doğum Evində həkim mama-ginekoloq vəzifəsində çalışıb.


Elmar Qaçabəyov ginekoloji mövzularda keçirilən bir çox konfrans və seminarlarda fəal iştirak edib.