83 yaşlı qadın çərşənbə axşamı virusun yaratdığı fəsadlar səbəbi ilə ölüb. O, nəfəs problemi ilə əlaqədar xəstəxanaya aparılarkən yolda keçinib.
Ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, qadından koronavirus üçün test aprelin 27-də götürülüb. Testin nəticəsinin müsbət olması isə onun ölümündən sonra təsdiqlənib.
Hazırda ölkədə 280 yoluxma halı qeydə alınıb.