Malayziyada yeni növ koronavirusa yoluxma ilə bağlı 10 yeni hal qeydə alınıb.
Medicina.az xəbər verir ki, bu barədə şənbə günü Səhiyyə Nazirliyinin baş direktoru Hişama Abdula məlumat verib.
“10 yeni yoluxma halı ilə ölkədə yoluxanların ümumi sayı 93 nəfərə çatıb. Yoluxanlarla təmasda olan 430-dan çox insandan götürülən analizlərin hamısı mənfi nəticələnib”, - o deyib.