Bir çox həkimlər şəkər xəstələrinə makaronu qadağan edir. Lakin bərk buğda sortundan olan makaronların əksinə bu xəstələrə faydası açıqlanıb.
Bakupost.az xəbər verir ki, dietoloq Mixail Qinzburq bu növ makaronun insanı kökəltmədiyini, hətta qanda şəkəri saldığını deyib.
"Belə makaronlar orqanizmin ümumi vəziyyətinə yaxşı təsir edir. Ağ undan olan makaron məmulatlarında qlüten çoxdur.
Amma çeliakidən əziyyət çəkən insanlar da bərk buğdadan makaronu müntəzəm heç bir təhlükə hiss etmədən yeyə bilər.
Makaronda olan yapışdırıcı zülal karbohidratların sovrulmasını ləngidir, nəticədə qlikemik indeksi salır, qana qlükozanın atılmasını azaldır, onun səviyyəsini düşürür. Şəkər xəstələrinə də elə bu lazımdır.
Makaronların həzmi zamanı ayrılan karbohidratlar insanı uzun müddət tox saxlayır. Əgər makaronu tam çox yumşaq bişirmədən, bir az bərk götürsəz, o zaman qlikemik indeksi daha aşağı olacaq.
Ona görə də şəkər xəstələri tam taxıldan makaronu istədiyi qədər yeyə bilər".
Aygün Musayeva
BakuPost