Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mahir Əmrəli xəstəxanadıdır - Başından zərbə alıb

  • 2021.12.15 17:11
  • 3576 Baxış
Mahir Əmrəli xəstəxanadıdır -  Başından zərbə alıb
Millimizin və Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emrelinin durumu qeyri-müəyyən olaraq qalır.

Medicina.az xəbər verir ki, bazar günü axşamdan azarkeşlər tərəfindən klub avtobusuna edilmiş hücum nəticəsində xəstəxanada yatan Mahirin baş ağrıları var.

Onun baş nahiyəsində şişkinlik var. Həkim ehtiyatlı olmağı, dünənki məşqə qatılmamağı tapşırıb. Bu səbəbdən də onun bu gün “Zaqlembye” ilə matçda meydanda olmayacağı dəqiqdir.

Qeyd edək ki, “Leqiya”nın azarkeşləri komandanın Plotsk “Visla”sına uduzmasından sonra klub avtobusuna hücum edib. Onlar Mahir Emrelidən başqa, braziliyalı Lukinyas və portuqaliyalı Rafael Lopesi döyüb. İlk iki futbolçu daha ciddi xəsarət alıb. Onlar artıq “Leqiya” ilə müqavilələrini pozmaq barədə düşünürlər. Klubun prezidenti Dariuş Mioduski Lukinyasla, idman direktoru Radosvaf Kuxarski isə Mahir Emreli ilə bu yöndə danışıq aparıb.