Pandemiya başlayanda Madonnanın 2019-cu il “Eurovision” səhnəsində ifa etdiyi mahnının səhnəciklərində virusun olacağına və insanların maska taxacağına işarə olduğu barədə məlumat verilmişdi.
Bakupost.az xəbər verir ki, Madonnanın "Gələcək" adlı çıxışının 3-cü dəqiqəsindən ağ slavyan üslublu geyimlərdə olan qızlar başlarında Ukrayna, slavyan xalqlarının folklor rəmzi olan çiçək çələngi, üzlərində əleyhqazla rəqs edirlər.
Madonna qızların üzündən tutaraq mahnını ifa edərək bu sözləri deyir:
"Hər kəs gələcəyə düşə bilməyəcək, heç də hamı dayana bilməyəcək, indi sağ olanların heç də hamısı xilas ola bilməyəcək”.
Bir çoxları bunu COVID-19-la bağlasa da, o zaman rəqqasların əleyhqaz taxması fikirləri haçalamışdı.
İndi artıq bir çox ekspertlər, jurnalistlər Madonnanın klipində qlobal qüvvə və massonların bugünkü Ukrayna müharibəsinə işarət olduğunu görür.
Başında çələng olan qızlar Ukrayna, slavyan xalqlarının simvoludur, arxada fonda ekranda bomba, nüvə partlayışına bənzər alov, partlayış elementi, əleyhqaz isə proqnozlaşdırılan atom nüvə hücumu, partlayışıdır. Çıxışın 6-cı dəqiqəsində fonda dəhşətli partlayışdan hamının yerə yıxıldığı və ətrafı atəşin, odun sardığı görünür.
Əgər göstərilən simvolları diqqətlə çözsək, Madonnanın gələcək barədə düşünülmüş və bilərəkdən publikaya təqdim olunmuş bu mahnıda Ukrayna müharibəsinin nəticəsi olaraq nüvə partlayışının olacağı gözlənilir.
Qeyd edək ki, 3 ildir Madonnanın “Eurovision” səhnəsindəki bu mahnısının ABŞ, illüminantlar və masonların dünyaya mesajı olduğu barədə dünya mətbuatında, sosial şəbəkələrdə yazılır.
Səhnələrin son 3 ildə bəşəriyyətdə baş verən hadisələrlə birəbir eyni olması insanları bir daha heyrətə salır.
Baxmayaraq ki, Madonna özü bunu təsdiq etmir və Ukrayna müharibəsində Rusiyaya qarşı çıxması ilə gündəmdədir.