Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Maddələr mübadiləsi “axsayanlar” bu ərzaqları yeməlidir - SİYAHI

  • 2019.04.22 09:19
  • 22937 Baxış
Maddələr mübadiləsi “axsayanlar” bu ərzaqları yeməlidir -  SİYAHI

Hər bir insanın orqanizminə xas maddələr mübadiləsi sürəti var. Amma yetərincə yatıb, məşq edib, lazımi miqdarda su içsəniz və düzgün qidalansanız maddələr mübadiləsini sürətləndirmək olar. Bundan başqa maddələr mübadiləsini gücləndirməklə artıq çəkidən də yaxa qurtarmış olarsınız. 


Medicina.az maddələr mübadiləsini sürətləndirən 10 qidanın siyahısını təqdim edir:


1. Acı bibər

 

Tədqiqatlar acı bibərin istifadəsinin maddələr mübadiləsini minimum 25% sürətləndirdiyini göstərir. 


İş ondadır ki, acı qidalar bizi daha çox tərləməyə məcbur edir. Bu kapsaitsinlə əlaqədardır. Bu maddə qan dövranını və maddələr mübadiləsini sürətləndirir, orqanizmi daha çox piy yandırmağa məcbur edir. 


2. Dənli bitkilər: yulaf və qəhvəyi düyü 


Sağlam qidalanma rasionunda hər zaman dənli bitkilər və yarmalar yer alır. Bunun isə səbəbi var. Buğda, yulaf, düyü və qarğıdalı kimi dənli bitkilər maddələr mübadiləsini sürətləndirən və insulinin səviyyəsində tarazlıq yaradan qida maddələri və mürəkkəb karbohidratlarla zəngindirlər.  


3. Brokkoli 


Brokkoli sevimli tərəvəzlər siyahısında olmaya bilər, amma qeyd etmək lazımdır ki, bu tərəvəz maddələr mübadiləsini sürətləndirən əsas kalsium mənbəyidir. Kalsiumdan başqa bu tərəvəzin tərkibinə C, K və A kimi vitaminlər də var. Bu həmçinin rasionunuza daxil edə biləcəyiniz ən yaxşı detoks ərzaqlardandır. 


4. Qırmızı lobya 


Lobyanın tərkibində həzm edilməyən nişasta var ki, bağırsaqları təmizləyir. Lobya eyni zamanda tərkibində olan liflərin sayəsində uzun müddət toxluq hissinin qorunmasına yardım edir. Lobyanın tərkibində testosterunun ifrazına səbəb olan sink və B qrup vitaminləri var.  


5. Qəhvə və yaşıl çay

 

Sirr deyil ki, qəhvə və yaşıl çay maddələr mübadiləsini işə salan vasitələrdəndir. 


6. Alma və armud 

 

Alma və armud artıq çəki ilə mübarizədə sizə yardım edəcək. Bu meyvələrin üstünlüyü yalnız az kolorili olmaqlarında deyil, həm də orqanizmdə maddələr mübadiləsini gücləndirmələrindədir. 

 


7. Ədviyyat

 

Qara istiot, xardal, sarımsaq və zəncəfil kimi ədviyyat maddələr mübadiləsini yüksək səviyyədə saxlayır. Qida rasionuna ədviyyat da daxil edən insanların gün ərzində idman zalına getmədən 1000-dən çox kalori yandırdıqları sübut edilib.


8. Sitrus meyvələri


Portağal, qreypfrut və limon kimi sitrus meyvələri bədəndə olan piyi yandırır və maddələr mübadiləsini gücləndirir. C vitamini ilə zəngin olan sitrus meyvələri qanda insulin səviyyəsini tənzimləyir, məhz bu səbəbdən həmin meyvələr pəhrizlərin tərkibinə daxil edilir. 


9. Tərkibi kalsiumla zəngin olan ərzaqlar

 

Orqanizmdə mübadilə prosesini sürətləndirmək istəyirsinizsə kalsium tərkibli ərzaqlardan daha çox istifadə etməlisiniz. Tennesi Universitetinin tədqiqatları sübut edir ki, gün ərzində 1200-1300 arası kalsium qəbul edən insanlar kalsium qəbul etməyən insanlarla müqayisədə iki dəfə artıq çəki itirirlər. 


10. Omeqa-3 

 

Omeqa-3 əsasən balıq əti, ceviz, günəbaxan tumları və kətan yağında olur. Bu ərzaqlar leptin (maddələr mübadiləsini zəiflədən kimyəvi birləşmə) hormonunun ifrazının qarşısını alır.

 

Maddələr mübadiləsi “axsayanlar” bu ərzaqları yeməlidir -  SİYAHI