Leço yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salatdır. Avropada çox populyardır, mənşəyi klassik macar mətbəxinə aiddir. Leçonun müxtəlif reseptləri mövcuddur. Bu reseptlər hazırlayanın zövqünə görə qurula bilər. Tərkibində dəyişməz olan 3 növ tərəvəzdən: bolqar bibərindən, pomidordan və soğandan istifadə olunur. Medicina.az süfrənizdən əksik etməyəcəyiniz ləziz resepti təqdim edir.
İNGREDİYENTLƏR
• 1 kq qırmızı şirin bibər
• 0,6 kq pomidor
• 2 orta soğan
• günəbaxan yağı
• duz və üyüdülmüş istiot zövqə görə
Çili bibərini yuyun, toxumlarını təmizləyin və dilimlərə və ya zolaqlara doğrayın. Pomidorların üzərindən qaynar su gəzdirın, qabığını təmizləyin və kiçik parçalara doğrayın. Soğanı da həmçinin.
Yağı tavada isidin və soğanı qızılı rəng alana qədər qızardın. Qırmızı istiot əlavə edin, su tökün, 10 dəqiqə ərzində saxlayın. Pomidor, eləcə də zövqə görə duz və istiot əlavə edin. Daha 15 dəqiqə pörtlədin. İsti şəkildə, ət yeməklərinə qarnir kimi və ya müstəqil yemək kimi verin. Nuş olsun!