Anestezioloq-reanimatoloq Kəmalə Namazova “Yeni Klinika”da çalışmır.
Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-in İcatimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış “Yeni Klinika”da çalışan anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Kəmalə Namazovanın maaşının az olması ilə bağlı yaydığı açıqlamanı şərh edərkən bildirib.
Qeyd edək ki, tanınmış həkim maaşının azlığından narazılıq edərək bunları yazıb:
“TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi - mən hər gün saysız-hesabsız xəstə ilə işləyirəm. Mən 430 manat (böyük elmi işçi+ tibb üzrə fəlsəfə doktoru+dosent) maaş alıram. Bir övladım BDU-da oxuyur (pulluda), biri də instituta hazirlaşır. Mənə maraqlıdır, TƏBİB, siz də mən alan qədər maaş alırsız? Mən və mənim kimi həkimlər məcburiyyətdən iki və daha çox klinikada işləyir. Bəlkə də ayda 10 gecə öz evində yatır, ya yox. Xahiş edirəm, bütün həkimlər zatən iki cəbhədə canımızı qoysaq da, nə xalqın, nə də müvafiq qurumlatın məhəbbət və hörmətini gördük.
Dövlət rəhbərliyinə müraciət edək, bizə yaşayışımızı təmin etmək üçün normal maaş verilsin.