Uşaqlarda qurd invaziyaları həmişə aktual məsələ olub. Analar ilboyu övladlarında hər hansı problemi qurda bağlayır, çoxsaylı analiz və müayinələrlə uşaq orqanizmində qurd axtarırlar.
Medicina.az xəbər verir ki, daha çox gündəmdə olan, tapılması bir qədər müşkül hesab edilən lyamblya əslində qurd deyilmiş. Pediatr Şəlalə Həsənova bildirib ki, lyamblya birhüceyrəli ibtidaidir. Onun qurd olunaraq bilinməsi və təsviri yanlışdır.
" Lyamblya USm müayinə zamanı öd və öd yollarında görünə bilməz. Kİmsə USM-də öddə lyamblya gördüm deyirsə inanmayın. BArmaq ucuna taxılmış hansısa aparatların siqnalları da lyamblyanı tapa bilməz. Bu aparatla müyinə və müalicə gülüncdür. Dünya səhiyyəsi belə bir aparatları tanımır. Çox həkimlər uşaqları və valideybləri qanda İG G, İG A analizləri ilə yükləyir, yorur.
İstərdim valideynlər birdəfəlik bilsinlər ki, qurdlar və lyamblya yalnız nəcis analizi ilə təyin edilir. Bir dəfə nəcis analizində hətta tapılmaya bilər. Ona görə ən azı 3 gün fasilə ilə 3 dəfə analiz vermək lazımdır. Düzdür, asan deyil, yorucudur, uzundur, amma başqa metodlara vaxt və maddiyat sərf etməkdən çəkinin”.
Lyamblyanın müalicəsi mümkündürmü və bu zaman hansı metod seçilir? Pediatr bildirdi ki, digər qurd növlərinə təyin edilən preparatlar lyamblyozu müalicə etmir.
"Bir qurd əleyhinə siropla həm askaridoz, həm enteribioz, həm də lyamblyozu müalicə edəcəyinə inanmayın. Apteklərdə satılan və yaxınların tövsiyyə edəcəyi bitki tərkibli preparatlar isə təkbaşına nə lyamblyozu,nə helmintozu müalicə edə bilməz.
Kimyəvi prepat zəruridir. Onu da peşəkar həkim müvafiq analizlərdən sonra yazmalıdır. Valideynlərə tövsiyyəm budur ki, qurd və lyamblya axtarışına təkbaşına çıxmayıb, düzgün yolu seçsinlər”.
Mənim qızımdada Lyambloz qurdu var
Salam
Beyləqan rayon
Bes qurdlardan nece qurtulmaq olar?
Menim qizimda askarid qurdu çixdi hekim mualice yazdi 2dene siropdu bitki menseli bes nece bunun tesiri yoxduki?
Salam mende lyamblya qurdu var ne edim
Salam mənim anam Siberian Walness Sibir bitkilərindən hazırlanmış sağlamlıq məhsulları olan şirkətdə işləyir artığ 5 ildirki bu şirkət Azərbaycandadir ve şirkətdə 3,4 kursluw təbbi məhsullarla qurd tam olaraq bədəndən təmizlənir ????????????????
Lyambloz qurdu
Salam bes nece mualice etnek olarki usaqlarin cani qutarsin birdefelik