Əgər hər hansı bir qida şkafda yaddan çıxaraq, 1-2 il qalsa, o zaman nə baş verər?
Bəzi qidalar 5, 10, hətta 20 il də xarab olmadan qala bilir.
Medicina.az bu dəfə sizə "ölümsüz” ərzaqların siyahısını təqdim edir:
1. Suda həll olan qəhvə
Qəhvə - dünyada ən çox yayılan içkilərdən biridir. Qranula şəkilli qəhvənın saxlanma müddəti 2 ildən 20 ilə qədərdir. Qəhvəni saxlayarkən, əsasən yüksək temperaturdan və nəmdən uzaq tutmaq lazımdır.
2. Qurudulmuş alma
Alma çipsi faydalı və dadlı çərəz hesab edilir. Onlar dadını itirmədən müəyyən şəraitdə 6-12 ay qala bilir. Hətta belə bir fikir var ki, alma qurusunu 3 il keçsə belə, istifadə etmək mümkündür.
3. Çay
Keyfiyyətli çay yarpaqları bağlamada yararlılıq müddətini 1,5-2 ilə qədər saxlayır. Düzgün saxlanılan zaman yalnız 2 ildən sonra çay ətrini və dadını itirə bilər. Ən bahalı çay növü hesab olunan puerin, hətta 60 ilə qədər xarab olmadan qalmadığı bildirilir.
4. Bulyon küpləri
İnanmaq çətin olsa da, bulyon küpləri hələ 18-ci əsrdə meydana çıxıb. Bu gün bu küpləri qurudulmuş tərəvəzlərdən, ət və tərəvəz bulyonundan, piydən, duzdan, natrium qlutamatdan və bir sıra digər ədviyyatlardan hazırlayırlar. Bu cür tərkibi sayəsində bulyon küpləri keyfiyyətini və xarici görünüşünü dəyişmədən 2 ilə qədər qala bilir.
5. Noxud
Qurudulmuş noxudu şkafda rahatlıqla 5 il unutmaq olar. Bu tərəvəz hermetik qabda, vakuum şəraitində, hətta 20 il də xarab olmadan qala bilər.
6. Qarğıdalı nişastası
Nişasta əgər qaranlıq şkafda saxlanarsa, o zaman tərkibi dəyişmədən uzun müddət qala bilər. Nişastanın içərisinə nəm və tozun düşməməsi üçün ağzı bağlı qabda saxlanmalıdır.
7. Çay sodası
Çay sodasından kulinariyadan tutmuş, tibbin müxtəlif sahələrində müxtəlif məqsədlərlə istifadə edilir. Bəzən qutunun üzərində saxlanma müddəti 12 ay göstərilsə də, quru şəraitdə onu 10 il də saxlamaq mümkündür. Bu onun keyfiyyətinə heç təsir etməyəcək.
Arzu
Medicina.az