Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- 125 dərəcə istidə bişən yemək, nazik dilimlənən kartof...Ölümə səbəb olan vərdişlər

  • 2017.10.04 10:16
  • 13647 Baxış
- 125 dərəcə istidə bişən yemək, nazik dilimlənən kartof... Ölümə səbəb olan vərdişlər
Karbohidrat ve protein tərkibli balıq, kartof, kekslər kimi qidaları sobada 125 dərəcədən artıq istilikdə bişirmək olmaz. 

 

Medicina.az xəbər verir ki, Uludağ Universiteti Ziraat Fakültəsi Qida Mühəndislik bölümünün rəhbəri mütəxəssis Ömər Utku Çopur, dərəcə yüksək olduğu zaman insan sağlığına zərər vura biləcək akrimalid adlandırılan kimyəvi maddənin yarandığını açıqlayıb. Aparılan araşdırmalar nəticəsində bu maddənin hətta şiş əmələ gətirəcəyi təxmin edilir.


Avropa Qida Təhlükəsizliyi bürosunun yaydığı məlumata görə, sözügedən maddə qızardılan çörəkdə daha çox üstünlük təşkil edir.

Amerika Qida və Dərman İdarəsi (FDA) sobada yüksək istilikdə bişirilmiş yeməklərin qəbulunun mümkün qədər azaldılmasını vacib bilərək xəbərdarlıq edib.


"Bu maddənin uzun müddət qəbulu xərçəng xəstəliyinin yaranmasına yol açır. Heyvanlar üzərində aparılan araşdırma zamanı akrimalid adlı maddənin onların sinir sisteminə zərər verdiyi, ağciyər, dəri xərçəngi törətdiyi məlum olub. Ona görə 125 dərəcədən artıq istilikdə bu qidaların bişirilməsi məsləhət deyil”, - deyə məlumatda qeyd olunub.


Qeyd edək ki, təşkilat kartofu kəsərkən qalın dilimləməyi məqsədəuyğun hesab edir. Səbəb kimi akrimalid maddəsinin nazik dilimlərdə daha çox olması göstərilib.