Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Lukaşenkodan koronavirus məsləhətləri – “Araq, sauna və traktor”

  • 2020.03.17 18:14
  • 4944 Baxış
Lukaşenkodan koronavirus məsləhətləri –  “Araq, sauna və traktor”

Belarus prezidenti Aleksandr Lukaşenko vətəndaşları təşvişə düşməməyə və virus haqqında çox danışmamağa çağırıb.

Medicina.az xəbər verir ki, ölkə rəhbəri insanları tarlada işləməyə səsləyib:

“Orda heç kimin yadına virus düşmür. Çıxın tarlaya, traktor sizi müalicə edəcək”.

Daha sonra prezident öz qorunma tədbirləri barədə danışıb. Spirtli içki içməyən Lukaşenko bu dəfə fərqli məsləhət verib:

“İndi araqla nəinki əlləri yumaq, gündə 40-50 qram təmiz spirti qəbul etmək virusu zəhərləyib, öldürər. Amma bunu iş vaxtı etməyin”.

Əyalətlərdə vəzifələrə yeni təyin etdiyi məmurlara isə Lukoşenko virusdan qorunmaq üçün saunanı məsləhət görüb:

“Həftədə 2-3 dəfə quru saunaya gedin. Çinlilər bizə deyib ki, bu virus 60 dərəcə istiyə dözmür”.
“İşləyin, tarlalara çıxın, torpaq hər kəsi müalicə edəcək”.