Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Lukaşenkonun səhhəti pisləşib – “Kovid deyil”.

  • 2023.05.15 15:10
  • 1328 Baxış
Lukaşenkonun səhhəti pisləşib  – “Kovid deyil”.
Belarus prezidenti Aleksandr Lukaşenko xəstələnib. Həkimlər onun vəziyyətinə görə narahatdır.

“Medicina” xəbər verir ki, Dövlət Dumasının deputatı Konstantin Zaqulin prezidentin səhhəti barədə danışıb.

Onun sözlərinə görə, Belarus liderinin sağlamlığı üçün ciddi təhlükə yoxdur.

“Onda ciddi bir şey yoxdur, bu kovid deyil. Sadəcə insan xəstələnib, müalicə olunur”.

Bundan öncə də Lukaşenko xəstəliyi barədə məlumatı təkzib edərək, bundan sonra da yaşayacağını bildirib.

Çeçen lideri Ramzan Kadırov da, Lukaşenkonun tam sağlam olduğunu demişdi.

Aygün Musayeva