Lobya protein, lif, folik asit, K vitamini və potasium deposudur. Həmçinin tərkibindəki izoflavonun süd vəzi xərçəngi kimi bir çox növlərdən qoruduğu sübu edilib.
Medicina.az xəbər verir ki, tərkibindəki lif LDL xolestorolunu aşağı salır, bağırsaq sağlamlığını qoruyur, qan şəkərini normada saxlayır, toxluq hissi verir. C vitamini tərkibi ilə orqanizmi gücləndirir.
PARKİNSON XƏSTƏLƏRİ DİQQƏTLİ OLMALIDIRLAR!
Bəzi insanlar lobya yeyərkən diqqətli olmalıdırlar.
Lobyada dopamin yəni L-Dopa olur. Lobyadan istifadə beyində dopamin miqdarını artır. Parkinson xəstəliyinin səbəbi beyində dopaminin azalmasıdır. Buna görə də pəhrizlərində təzə lobyaya yer verən insanların gələcəkdə parkinsona tutulma riskləri də azalır.
Bu xəstəlikdə istifadə edilən dərmanlarda da L-Dopa yəni dopamin vardır. Lobya və dərmanın birlikdə qəbulu zamanı çox doza dopamin ala bilərlər. Buna görə də lobya yeyərkən mütləq həkimlə məsləhətləşməlidirlər.
Bağırsaq sindromu olan şəxslər də ehtiyatlı olmalıdırlar. Həmçinin hamilə və körpələr də lobyadan uzaq durmalıdırlar.