Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ölmüş insanların beyinləri dirildiləcək

  • 2018.05.07 10:52
  • 11341 Baxış
Ölmüş insanların beyinləri dirildiləcək
Bioquark şirkəti ölmüş insanların beyinlərinin dirildilməsi üzrə təcrübələrə başlayacağını bildirib.


Medicina.az publika.az-a istinadən xəbər verir ki, şirkət bu il maraqlı layihənin sınaqlarını həyata keçirməyi planlaşdırır. Sınaqlar üçün şirkət vəfat etmiş 20 insan bədənindən istifadə etməyə hazırlaşır. Əvvəlcə onlar cəsədlərin gövdəsindən inyeksiyalar alıb, daha sonra xüsusi hazırlanmış zülal qarışığını onurğa beyinə yeridəcəklər. Bu maddə beyində yeni neyronların oyanmasına təsir edəcək. 15 gün ərzində müşahidə aparan həkimlər lazer terapiyası ilə neyronlar arasında əlaqə yaratmağa çalışacaq. Daha sonra tədqiqatçılar insan beynində baş verən ən xırda dəyişikləri belə qeyd edəcəklər.


İrəli sürülən iddialar insanlarda saysız cavabsız suallar yaradır. Məsələn, ölmüş insan beynini eksperimentə cavab verəcəyi təqdirdə nə baş verəcək? Ümumiyyətlə, ölmüş insanlardan bu eksperimentin aparılması üçün necə razılıq alınacaq? Bütün bunlar şübhəlidir. Şübhəli olan yalnız sınağın nəticələri deyil, bu həm də qeyri-etik eksperiment sayılır.


Sınaqlarda istifadə ediləcək orta beynin əsəb stimulyasiyası komaya düşən xəstələrin müalicəsində belə kifayət qədər məhdud nəticələr göstərir. Eyni zamanda, ölmüş beynin funksiyalarının bərpa olmasına dair heç bir ehtimal belə yoxdur.


Bioquark şirkətinin mütəxəssisləri isə keçirəcəkləri eksperimentə optimist yanaşaraq, uğur əldə edəcəklərinə inanırlar. Onlar hesab edirlər ki, müvəffəqiyyət qazanmaq üçün şansları çoxdur.