Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 107 min 459 doğulan körpə qeydə alınıb.
Medicina.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib.
Məlumata görə, doğulan körpələrin 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarından ibarət olub.
Körpələrdən 1918-i əkiz, 33-ü üçəm doğulanlardır.
Bununla yanaşı, cari ilin 9 ayı ərzində ölkədə 43089 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.