Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Liv Hospitalda minimal invaziv ürək əməliyyatları necə həyata keçirilir? - VİDEO

  • 2018.11.30 18:38
  • 31837 Baxış
Liv Hospitalda minimal invaziv ürək əməliyyatları necə həyata keçirilir? -  VİDEO
Liv Hospitalın ürək-damar cərrahı Prof.Dr. Ahmet Özkara minimal invaziv ürək əməliyyatlarının necə həyata keçirildiyi ilə bağlı müsahibə verib.


Medicina.az xəbər verir ki, o, robot vasitəsilə bu əməliyyatların robot vasitəsilə həyata keçirildiyini deyib: "Liv Hospitalda ürək cərahiyyəsində bütün dünyada yayılan minimal invaziv əməliyyatlar uğurla həyata keçirilir. Bu əməliyyatlar robot vasitəsilə həyata keçirilir. Əməliyyat zamanı robotun endoskopik qolları kiçik kəsiklərdən bədən boşluğuna yeridilir. Beləcədöş qəfəsini tam açmadan təxminən 4 sm-lik kəsiklərdən içəri daxil olaraq baypas əməliyyatı tətbiq edilir. 


Robot vasitəsilə əməliyyat yalnız 1 və ya iki damarda tıxanıqlıq olan zaman tətbiq edilə bilər. Bu zaman digər tıxanmış damarlara stend qoyulur. 


Robot əməliyyatlarının üstünlükləri yalnız kiçik kəsiklərin olması deyil. Bu yöntəmdə xəstəyə daha az travma yaşatması, xəstənin daha az qan itirməsi, daha qısa müddətdə sağalması kimi üstünlüklər var”. 


Mütəxəssis bildirib ki, baypas əməliyyatlarından sonra yaranan ağciyər problemləri xəstənin tam sağalmasına təsir göstərən və ən çox rast gəlinən problemlərdən biridir: "Robot vasitəsilə həyata keçirilən əməliyyatlarda isə bu problemlər daha az müşahidə edilir. Xəstələr təxminən əməliyyatın 3-4-cü günü xəstəxanadan evə buraxılırlar. 2 həftə sonra isə işlərinə dönə bilirlər”. 


Ahmet Özkaranın sözlərinə görə, robot vasitəsilə yalnız baypas əməliyyatları deyil, həmçinin ürək qapaqlarının əməliyyatını da həyata keçirmək mümkündür: "Bu əməliyyat tamamilə endoskopik yolla həyata keçirilir. Əməliyyat zamanı 3 sm-lik dəlikdən döş boşluğuna daxil edilən qollarla icra edilir. Bu üsulla ürək qapaqları dəyişdirilən və ya bərpa edilən xəstə az travma alaraq sürətlə sağalır. Əsasən də xəstənin öz ürək qapaqlarını qoruyub saxlayaraq edilən əməliyyatlarda çox uğurlu nəticələr əldə edilir. Çünki xəstənin ürəyinə qoyulan protez onun ömür boyu qan durulaşdırıcı dərman içməsini tələb edir. Robot vasitəsilə qapaqların təmiri həyata keçirildikdə isə  xəstələr sonrakı həyatlarını dərman qəbul etmədən rahat bir şəkildə yaşayırlar.  


Bunlardan əlavə bəzi ürək şişlərində həmçinin də anadangəlmə ürək qüsurlarında  robot texnologiyası uğurla tətbiq edilir. 


Liv Hospitalda bu tip əməliyyat sonrası reanimasiya üçün hər bir şərait var. Bütün sadalanan əmləyyatları klinikamızda çox təcrübəli həkimlər komandası həyata keçirir”.